Bank sədrinin müşavirinə qarşı dələduzluq – Cinayət

  • By admin
  • 29 May 2018 12:27

 “Beynəlxalq Bank”ın sədrinin müşaviri Emil Qədimova və daha bir neçə nəfərə qarşı dələduzluqda təqsirli bilinən 1989-cu il təvəllüdlü Nuranə Səməndəravanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gununsesi.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesə zamində olan Nuranə Səməndərovanın məhkəməyə gəlmədiyi məlum olub.

Buna görə də məhkəmənin hazırlıq iclası mayın 30-dək təxirə salınıb.

İttihama görə, cinayət işində 4 nəfər zərərçəkən qismində tanınıb, onlardan biri “Beynəlxalq Bank”ın sədrinin müşaviri Emil Qədimovdur.

Nuran Səməndərova özünü Dövlət Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edib, banklardan küllü miqdarda pul götürüb.

Həmçinin o, telefon dükanlarından da xeyli sayda bahalı telefonlar götürərərək pullarını ödəməyib.