Bank yarmaq istəyən dəstə yarım il tunel qazıb

Bank yarmaq istəyən dəstə yarım il tunel qazıb

Keniyanın Tika şəhərində bankı yarmaq üçün yarım il tunel qazan 3 nəfər polislər tərəfindən saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bankın binası polis məntəqəsinin qarşısında olsada heç kim “şübhəli fəallığa fikir verməyib”. Polisləri hadisə yerinə yanıq iyi hiss edən bankın meneceri çağırıb.

Bankın nümayəndəsi Samuel Nqanqa bildirib ki, polislər bankın binasının yanındakı binanı yoxlayarkən orada tunel aşkar ediblər. Bundan sonra qarətçilər polislər tərəfindən saxlanılıb.

Gununsesi.info

COMMENTS