Banka saxta dollar satmaq istədi

  • By admin
  • 23 İyun 2018 12:48

Banka saxta dollar satmaq istədi

İyunun 22-də saat 19 radələrində Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal gələn polis əməkdaşları həmin ünvana gəliblər.

Gununsesi.info “Ölkə.Az”a istinadən bildirir ku, DİN-dən verilən xəbərə görə, müəyyən edilib ki, banka gəlmiş naməlum şəxs oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.   Həmin şəxs mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PB-yə təhvil verilib.

 Araşdırmalarla onun Zabrat qəsəbə sakini Kamal Fərziyev olduğu müəyyən edilib.