Bankdan aldığı pulu qaytarıb - ANCAQ ADI HƏLƏ DƏ BORCLULAR SİYAHISINDADIR

  • By admin
  • 07 Mart 2017 21:22

bank borc

Götürdüyü krediti tam ödədi, lakin il yarım sonra borclu olduğuna dair bildiriş gəldi.

Gununsesi.info xezerxeber.az-a bildirir ki, Mingəçevir sakini Yaşar Rəsulov 2015-ci ilin fevral ayında bankdan 3 il müddətinə 2500 dollar kredit götürüb.
Yaşar Rəsulov birinci devalvasiyadan bir müddət sonra ödəinişi dayandırıb. Bank da həmin ilin sentyabr ayında onu məhkəməyə verərək borcu tələb edib.
Banka olan bütün borcunu ödəyən Yaşar Rəsulov kreditin bitməsi barədə sənədi də icra şöbəsinə verib. Nəticədə də məhkəmənin borcun ödənilməsi ilə bağlı olan iddiasına xitam verilib. Lakin bir neçə gün əvvəl həmin bank yenidən Yaşar Rəsulovu məhkəməyə verərək borclu olduğunu bildirib.
Espert Anar Ramazanov deyir ki, bu, texniki səhv də olar. Yəni, vətəndaş ödəniş etsə də, sistemdə qeyd olunmayıb. Bu halda o, banka yaxınlaşaraq bunu həll edə bilər. Əgər bank müraciətə baxmasa, ödəniş qəbzlərini və borcun olmamasını göstərən arayışı məhkəməyə təqdim etməlidir.
Təqdim edilən sənədlər əsasında məhkəmə bankın iddiasına xitam verə bilər.

Gununsesi.info