Banklar 30 milyon manatlıq ipoteka krediti ayırıb

  • By admin
  • 12 Mart 2018 16:19

 

Azərbaycanda kommersiya bankları tərəfindən bu ilin iki ayında 30 milyon manatlıq ipoteka kredit verilib. 

Gununsesi.info bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Bu il hələ ki, dövlət büdcəsindən Azərbaycan İpoteka və Kreditlərə  Zəmanət Fonduna (AİKZF)vəsait ayrılmayıb. İpoetka kreditlərinin  14.6 milyonu komerrisya bankların tərəfindən, 16.6 milyonu isə Fondun  təkrar maliyyələşməsindən ayrılıb. 

Həmin kreditlərin orta göstəricilərinə əsasən,vəsaitlər  6.63 faizi,  281 günə verilib. Orta aylıq ödəniş isə 323 manat təşkil edib.

 

Vüsalə

Gununsesi.info