Banklar dollar satışını 3 dəfədən çox azaldıblar

  • By admin
  • 11 Mart 2017 13:05

dollar

2017-ci ilin yanvar ayında Azərbaycan bankları 121,52 milyon dollar satıblar.

Gununsesi.info məlumatına görə, bu barədə Mərkəzi Bankın rəsmi saytında yerləşdirilmiş hesabatda qeyd olunur.

Əvvəlki aylarla nisbətdə dollar satışı 11,7 faiz, 2016-cı ilin yanvar ayı ilə müqayisədə isə 3,2 dəfə azalıb.

2017-ci ilin yanvarında banklar 58,24 milyon dollar alıblar ki, bu göstərici 2016-cı ilin dekabr göstəricisindən 2 dəfə, ötən ilin yanvar göstəricisindən isə 3,8 dəfə azdır.

Gununsesi.info