Banklar kompromisə getmədikcə, vəziyyət daha da mürəkkəbləşəcək - Millət vəkili

  • By admin
  • 17 Noyabr 2016 12:12
aydin
 
Dolların manata nisbətdə möhkəmlənməsi qiymətlərin bahalaşması ilə yanaşı, problemi kreditlər məsələsini daha da mürəkkbələşdirib. Belə ki, dollarla kredit götürənlərin kreditləri qaytara bilməməsi  ciddi problemə çevrilir.  Bu isə artıq ölkədə ciddi bir problemə çevrilib.
Məsələyə aydınlıq gətirmək üçün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynova müraciət etdik.
Problemli kreditlərlə bağlı Gununsesi.info-ya açıqlama verən millət vəkili Aydın Hüseynov bildirib ki,  bu sahədə həqiqətən də narahatedici məqamlar  möcuddur: “İlk olaraq hesab edirəm ki,  dollarla olan problemli kreditlər məsələsində bankla müştəri kompromisə gəlib ümumi dil tapmalıdır. Hələ də gec deyil. Odur ki, banklar  problem daha ciddi xarakter alamdan öz müştəriləri ilə qarşılıqlı formada  kompromisə gedib, məsələnin çözüm yolun tapmalıdır. Necə ki,  dövlət bank sektorunun ayaqda durması və inkişaf etdirilməsi istiqamətində  addımlar atırsa, banklar da, öz növbələrində müştərilərinə qarşı bu cür adekvat addım atmalıdır”- deyə, millət vəkili vuğrulayıb.
Millət vəkili əlavə edib ki, bu gün hökumət bankların sağlamlaşdırılmasında,  üzləşdikləri problemlərin həllində yardımçı olursa, banklar da bundan nəticə çıxarıb  məsələlərə ciddi yanaşmalıdır. “Çünki müştərilər banklara  təsadüfən müraciət etməyib və onlar arasında müəyyən ünsiyyət forması var. Əgər banklar indiyədək belə bir addımı atsaydılar , problemlər bu həddə çatmazdı.Ancaq  banklar belə kompromislərə getmədikcə, vəziyyət getdikcə mürəkkəbləşəcək. Odur ki, bir daha deyirəm, vəziyyətdən çıxış yolu banklarla müştərilərin dil taparaq qarşılıqlı güzəştə gedərək problemi çözməsidir. Bu problemi yüngülləşdirə bilər”– deyə, o bildirib.
Millət vəkili vəziyyətdən çıxış yolu kimi hesab edir ki, dövlət bankların fəaliyyətinə birbaşa müdaxilə edə bilməsə də,  Mərkəzi Bank hansısa formada banklarla vəziyyəti təhlil edərək müştəriləri ilə güzəştə gedərək, dil tapılması barədə göstəriş verməlidir: “Çünki banklar güzəştə getmədikcə, problem artır, vəziyyət mürəkkəbləşir və sonda da  problem  dövlətin üzərinə düşür. Hesab edirəm ki, bu baxımdan banklar vəziyyəti ciddi təhlil edib, konkret addımlar atmalıdır”.
Mürtəza Bünyadlı
Gununses.info