Banklar kredit faizlərini aşağı salır

  • By admin
  • 28 May 2018 22:15

Artıq bir neçə aydır bankların kredit faizlərini aşağı salmaları müşahidə olunur. Banklarda kredit faizlərinin enməsi ilə yanaşı, yerləşdirilən əmanətlərə görə ödənən gəlirin faizləri də aşağı salınıb.

Gununsesi.info Milli.Az- a istinadən bildirir ki, ekspertlərin fikrincə, bir neçə ay əvvəl mövcud bazar üçün yüksək sayılan istehlak kreditlərinin faizi indi nəzərəçarpacaq dərəcədə dəyişib.

İqtisadçı ekspert Cəfər İbrahimlinin sözlərinə görə, faizləri hazırkı vəziyyətlə müqayisə etdikdə yenə rəqəmlər yüksəkdir və faizlərin daha da endirilməsinə ehtiyac var.

İstehlak kreditləri ilə yanaşı, banklara yerləşdirilən əmanətlərin də faizləri aşağı salınıb. Əvvəllər banklar yüksək faizlərlə depozit qəbul edirdilərsə, indi əksər banklarda milli valyutada əmanət qəbulu 8-11 faizə düşüb.

 Ekspertlərin fikrincə, əmanətlərin faizlərinin aşağı salınması depozit qoyulmasına olan marağı azaldacaq.