Banklar soyğunçuluqla məşğuldur - ƏLİ MƏSİMLİ

  • By admin
  • 30 Sentyabr 2016 13:52
eli-mesimli
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Əli Məsimli  Milli Məclisinin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kimsə toy edibsə, mebel alıbsa, bunun dollar kreditinə nə dəxli var? “Buna görə də əhali ömrü boyu banklara borclu qalır”- deyə, o bildirib.
Manatın ölkədə yeganə ödəniş vasitəsi olduğunu xatırladan millət vəkili dollar ifadəsində ödənişi düzgün saymır: “Kimsə toyla əlaqədar mebel alıbsa, devalvasiyadan sonra niyə onun ödənişi artmalıdır? Mebelin dəyərinin manatla nəzərdə tutulmasına baxmayaraq, devalvasiyadan sonra ödənişi çoxaldırlar. Mən başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Buna görə də əhali uzun müddət banklara borclu qalır. Və ya banklar müqavilədə ödənişlə bağlı öz xeyirlərinə müddəalar əlavə edirlər. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur. Vaxtında bu problem həll olmasa, vəziyyət daha da acınacaqlı hal alacaq”.
Milət vəkili deyib ki, vaxtında bu problem həll olmasa, dövlətin xərcləri artacaq, banklar çökəcək və əhalinin narazılığı daha da artacaq: “Ona görə ki, banklar bu sahədə manipulyasiya edib adamları aldadıblar. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur”.
Mürtəza
Gununsesi.info