Banklar tərəfindən qoyulan investisiyalar azalıb

  • By admin
  • 11 Aprel 2017 14:30

manat_180215

İqtisadiyyatın əksər  sahələrinə kredit qoyuluşları azalıb.

Gununsesi.info Azərbaycan Mərkəz Bankına istinadən məlumat verir ki,

Bu ilin yanvar-fevral aylarında 15.8 milyardlıq kredit qoyuluşunun 34.8 faizi istehlak kreditləri təşkil edir. Məlimata görə, ilin iki ayında istehlak xərclərinin həcmi 5.5 milyard manat təşkil edib. İlin əvvəli ilə müqayisədə bu istiqamətdə   330 milyon manat və ya 5.6 faiz azalma var.

Ticarət və xidmət sektoruna 2.3 milyard manat kredit verilib.  İlin əvvəli ilə müqayisədə ticarət və xidmət sektoruna banklar tərəfindən qoyulan investisiyaların həcmi 6.2 faiz azalıb.

Energetika, kimya və təbii ehtiyatlar sektoru üzrə isə kredit qoyuluşunun həcmi  416 milyon manat olub. İlin əvvəli ilə müqayisədə bankların  energetika sahəsinə etdikləri investisiyaların həcmi 30.2 faiz azalıb.

Kənd təsərrüfatı sektoruna kredit təşkilatlarının yatırdığı investisiyaların həcmi 450 milyon manat təşkil edib.

İnşaat və əmlak sektoru qoyulan kredit 1.9 milyard manat olub. Ümumi portfelin 12 faizi həcmindədədir.

Sənaye və istehsal sektoruna isə 1.2 milyard manatlıq kredit qoyuluşu edilib.

Vüsalə Rüstəmova

Gununsesi.info