Azərbaycan Mərkəzi Bankı banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tariflərin artırılması barədə qərar qəbul edib.
Gununsesi.info xəbər verir ki, bunu trend-ə ölkədə bank sektoruna yaxın mənbə məlumat verib.
Məlumata görə, müvafiq qərarın olduğu məktub bütün banklara göndərilib.
Məlumatda deyilir: “Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb. Bu qərar 2017-ci ilin fevral ayından qüvvəyə minəcək. Eyni zamanda gün ərzində bütün əsginaslara ikinci və daha sonrakı nağd pul verilişinin tarifləri 0,05 faizdən 0,1 faizədək artırılıb”.
Gununsesi.info