Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

12 Dekabr 2017 - 12:22

“Banklardakı depozitlərin 40 faizinin başı dərddədir”- NEMƏT ƏLİYEV

“Mərkəzi Bank bu il 01.11.2017-ci il tarixə məlumat yayaraq bildirib ki, banklarda 19 milyard 697 milyon manat əmanət və depozit var. Bununla yanaşı, Mərkəzi Bank həmin dövrə bank kreditlərinin həcminin 11 milyard 732 milyon manat olmasına dair məlumat da açıqlayıb. Bu iki göstəricinin müqayisəsindən belə məlum olur ki, banklar cəlb etdiyi əmanət və depozitlərin 60 faizini kredit şəkilində verib”.

Gununsesi.info bunu iqtisadçı-ekspert Nemət Əliyevə istinadən xəbər verir.

N.Əliyevin sözlərinə görə, aradakı 40%-lik hissə- 7 milyard 965 milyon manat məbləğində olan əmanət və depozitlərin taleyi sual altındadır: “Mən hələ qiymətli kağızlar buraxmaqla bankların cəlb etdiyi 2 milyard manatı demirəm, balans hesabatlarında bank kapitalı kimi qeydiyyata düşmüş 3 milyard manatı da saya almıram. Burada yalnız bankların əhalidən və hüquqi şəxslərdən cəlb etdiyi əmanət və depozitlərin taleyindən danışıram. Haradadır 8 milyarda yaxın əmanət və depozit, hansı məqsədlərə istifadə olunub?

Bu qədər vəsait, həqiqətən də, banklardadırsa,o zaman niyə kredit vermək üçün istifadə olunmur həmin milyardlar? İzah edə bilərsiniz ki, faizlər yüksəkdir, alan yoxdur o kreditləri, bankların burada bir o qədər də günahı yoxdur. Doğrudur, bu fikirlərin ilk hissəsinə mən də qatılıram. Həqiqətən də, yüksək faizlərlə təklif olunan indiki kreditlərə yaxın düşüləsi deyil. Bu halda başqa bir əsaslı sual yaranır: 8 milyarda yaxın əmanət və depoziti cəlb edib kisələrə vurmaq, “ölü pullar” halına salmaq, bu vəsaitlərə görə faizlər ödəyib milyonlarla əlavə xərcə düşmək, axı bankların nəyinə lazımdır? Belə zərərli fəaliyyətin çökmüş bankları daha dərin uçuruma atmasını anlamaq doğrudanmı bu qədər çətindir?”

N.Əliyev deyir ki, bir az biznesmen təfəkkürü olan istənilən bankir belə vəziyyətdə çox aşağı faizlərlə qısamüddətli, kiçik həcmli kreditlər yerləşdirməklə gəlirləri artırmağa və bu yolla depozitlərin saxlanmasına çəkilən xərcləri kompensasiya etməyə can atmalıdır: “Fəqət bizim “bankir-biznesmenlər” başda Elman Rüstəmov olmaqla hələ də gözləmə mövqeyindədirlər. Gərəksiz xərclərin artmasının, bank fəalliyyətinin tənəzzül etməsinin sanki bunlara heç bir aidiyyatı yoxdur. Bu cür davranışlar haqlı olaraq böyük şübhələrə yol açır: 8 milyarda yaxın əmanət və depozitin başına bir iş gəlməyib ki?”

Vüsalə

Gununsesi.info