Banklardan 2 milyard manat əmanət geri çəkilib

  • By admin
  • 05 Dekabr 2016 12:54

zorro

Banklara  əhali tərəfindən yatırılan  əmanətlərin həcmi bir ay ərzində 400 milyon manat  azalıb.

Gununsesi.info Azərbaycan Mərkəzi Bankın yanvar-oktyabr aylarına dair hesabatına  istinadən bildirir ki,  fiziki şəxslərin əmanətlərin həcmi 7.4 milyard manat təşkil edib.

İlin əvvəli ilə müqayisədə banklardan 2 milyard manat depozit geri çəklib. Yatırılan əmanətlərin 1.3 milyardı və ya 17.6 faizi milli valyutada, 6 milyardı və ya  82.4 faizi xarici valyutada saxlanılır.

Vüsalə Rüstəmova

Gununsesi.info