Banklardan gözlənilməz qərar - İstədiyiniz qədər dollar ala bilərsiniz

  • By admin
  • 08 Sentyabr 2016 13:06

dollar

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarını limitsiz satmağa başlayıb.

Gununsesi.info report.az-a istinadən xəbər verir ki, söhbət “Bank Respublika” və “Azər-Türk Bank” ASC-lərdən gedir. Bu banklardan bildirilib ki, müştərilər kassaya yaxınlaşmaqla istədikləri qədər nağd dollar ala bilərlər.

“Atabank”dan da limitsiz dollar almaq mümkündür. Lakin bunun üçün ilk növbədə bankın “Qaynar xətti” ilə əlaqə saxlamaq və kassada dolların olduğu filiala getmək lazımdır.

Bəzi banklar isə dolların limitini artırıb. Məsələn, “Azərbaycan Sənaye Bankı”nda hazırda müştərilərə 500 dolları keçməmək şərti ilə nağd valyuta satılır.

Gununsesi.info