Bankların aktivləri 30 milyard manatı keçdi

  • By admin
  • 04 Avqust 2017 10:41
budceye_1493972417
Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə cəmi aktivləri 30,036.9 milyon manat, cəmi öhdəlikləri 27,322.9 milyon manat təşkil edib.
Bu barədə Gununsesi.info-ya Maliyyə bazarlaına nəzarət palatasınin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda fəaliyyət göstərən bankların 2017-ci ilin 6 aylıq icmal göstəriciləri açıqlanıb. Məlumatda bildirilir ki, bank sektorunun balans kapitalı 2,714.0 milyon manat, əhalinin əmanətləri 6,880.7 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatların (ATM) sayı 2,501-dir.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,095 nəfər təşkil edir. 
Gununsesi.info