Bankların kredit faizlərindən bir aylıq qazancları bəlli oldu

  • By admin
  • 11 Dekabr 2017 10:48

Banklar oktyabrda kreditlər üzrə faizlərdən 1 mlrd. 168,5 mln. manat qazanıblar. 

Gununsesi.info Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki,  bankların aktivlərinin 38,2%-ni və yaxud 10 056,5 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 10 ayda sektorun kredit portfeli 29,4% kiçilib.

Qeyd edək ki, bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 707,5 mln. manat olub. Bu da sentyabr ayı ilə müqayisədə  259,4 mln. manat və ya 2,16% azalma deməkdir.

Gununsesi.info