Bankların  məcmu  kapitalı 47.2 faiz, aktivləri isə 10 faiz azalıb

  • By admin
  • 26 Aprel 2017 16:35

bank_2

2016-ci il banklar üçün olduqca ağır bir il olub. Bunu Nazirlər Kabinetinin ötən ilə dair fəaliyyəti haqqında hesabatdan görmək olur.

Gununsesi.info hesabata istinadən bildirir ki, bankarın aktivlər 10 faiz azalıb. Əgər 2015-ci ildə 35 milyard manat idisə, 2016-cı ildə 31.4 milyard manata qədər azalıb.

Digər göstəricilər aşağıdakı kimi olub:

  2015-ci il                             2016-cı il

Məcmu Kapital          3,6 mlrd.                               1.9 mlrd.

İqtisadiyyata kredit    21.7 mlrd.                             16 mlrd.

Xarici borcu               7.1 mlrd.                               5.7 mlrd.

Əhalinin əmanətləri    9.4 mlrd.                              7.4 mlrd.

Likvid aktivlər            6.2 mlrd.                              5.1 mlrd.

 

Hesabatda bank aktivlərinin azalmasını aprel-may aylarında Maliyyə Bazarına Nəzarət Palatası tərəfindən aparılmış aktivlərin keyfiyyət qiymətləndirilməsi nəticəsində bankların gözlənilən zərərə qarşı ehiyatlanma xərclərinin artması ilə əlaqələndirilir. Bundan əlavə 11 bankın bağlanması, habelə depozitlərin sektordan çıxması da səbəblər  sırasındadır.

Bank aktivlərinin 50.6 faizi (16 milyard manatı) müştərilərə verilmiş kreditlər təşkil edir. Kredit portfelinin əhəmiyyətli hissəsi-72 faizi biznes kreditlərinin payına düşür. Qeyri-işlək kredit portfeli 21 faizə çatsa da, ilin sonuna doğru portfelin keyfiyyətinin pisləşmə trendi dayanıb.

Hesabat dövrünün bank sektorunun cəmi öhdəlikləri 5.7 faiz azalaraq 29.5 milyard manat təşkil edib. Depozitlər cəmi öhdəliklərin 55.6 faizi həcmindədir. Bununda da 45.2 faizi əhalinin əmanətləridir. Əhalinin əmanətləri əvvəlki illə müqayisədə 21.2 faiz azalaraq 7.4 mlrd. manata düşüb. Depozitlərin 71 faizi isə xarici valyutada olub.

Bankların məcmu kapitalında  isə 47 faiz azalma müşahidə edilir.

Qeyd edək ki, ötən il ölkədə 32 bank fəaliyyət göstərib, onun ikisi dövlət bankı hesab olunur.

Vüsalə Rüstəmova

Gununsesi.info