Bankomat qarət olundu

  • By admin
  • 23 Dekabr 2016 21:12

bankomat

Ucarda bankomat qarət edilib.

Gununsesi.info-nun yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında baş verib.

Rayonun Qazıqumlaq kəndində yerləşən Beynəlxalq banka məxsus  bankomat naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub.

Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə,  məlum hadisə ilə bağlı hələlik şübhəli şəxs qismində saxlanılan yoxdur.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Gununsesi.info