BANM-in müəlliməsi qəfil vəfat etdi

Bakı Ali Neft Məktəbinin müəlliməsi qəfil vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məktəbinin rektoru Elmar Qasımov paylaşım edib.

HTML tutorial

“Qardaş Türkiyədəki faciəni yaşadığımız anlarda, BANM ailəsi səhər saatlarında qəfil və vaxtsız itki ilə üzləşib. Sevimli, daim gülərüz, istedadlı, gənc müəlliməmiz Türkan Haqverdini itirdik.

Qəfil ölüm tələbələrimizin sevimli müəlliməsini, BANM ailəsinin qayğıkeş üzvünü aramızdan apardı”, – deyə o əlavə edib.

Gununsesi.info