BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzaladı

  • By admin
  • 12 Aprel 2017 13:34

unnamed (16)

Bakı Ali Neft Məktəbi (BANM) və Malayziyanın Kuala Lumpur Universiteti (UniKL) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

SOCAR-ın mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, tədbirdə BANM-in rektoru və professor-müəllim heyəti, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Roslan Abdul Rəhman, UniKL-nin prorektoru Azanam Shah Hashim və Sənaye texnologiyası institutunun dekanı Sairul İzvan Safie iştirak ediblər.

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov imzalanacaq müqavilənin iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa yeni təkan verəcəyini vurğulayıb. Tərəflər tələbə mübadiləsi, o cümlədən elektrik mühəndisliyi və elektronika ixtisası üzrə birgə proqramın həyata keçirilməsi barədə razılığa gəliblər.

UniKL-nin prorektoru Azanam Shah Hashim Malayziya universitetinin Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrindən biri ilə əməkdaşlıq qurmasını yüksək qiymətləndirmiş, bu əlaqələrin hər iki tərəf üçün perspektiv imkanlar yaratdığını qeyd edib.

Sonra BANM və UniKL arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, elmi forum və konfransların təşkili, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Anar
Gununsesi.info