Banqladeş prezidenti Məhəmməd Şahabuddin zorakılıq və etiraz dalğasına tez son qoymaq üçün baş nazir Şeyx Hasinanın devrilməsindən sonra “mümkün qədər tez” yeni seçkilər keçirəcəyinə söz verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Gecə saatlarında televiziya ilə çıxış edən Şahabuddin həbs edilmiş etirazçıların, eləcə də keçmiş baş nazir və müxalifət lideri Xalidə Ziyanın azadlığa buraxılmasını əmr edib.
O, həmçinin səlahiyyətlilərin komendant saatını ləğv edərək müəssisələrin yenidən açılmasına icazə verəcəyini vəd etdi.
Avqustun 5-də Banqladeşin səlahiyyət müddəti başa çatan baş naziri Şeyx Hasina Dəkkədəki rəsmi iqamətgahını tərk edərək, ölkədəki etirazlar fonunda Böyük Britaniyadan sığınacaq istəyib.
Afət
Gununsesi.info