Banqladeşdə etiraz aksiyaları nəticəsində yaranan iğtişaşlar nəticəsində bir gündə ən azı 109 nəfər həyatını itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Yerli hüquq-mühafizə və fövqəladə hallar xidmətlərinin məlumatına görə, iğtişaşlar nəticəsində ölənlərin ümumi sayı 409 nəfər olub.
Xatırladaq ki, vqustun 5-də Banqladeşdə tələbə etirazları ölkənin paytaxtı Dəkkədə iğtişaşlara çevrilib.
Onlara polis və mövcud hakimiyyətə sadiq fəallar müqavimət göstərir.
İğtişaşlar Banqladeşin baş naziri Şeyx Hasinanı istefa verməyə məcbur edib.
Qeyd edək ki, o, Hindistana qaçaraq Böyük Britaniyadan siyasi sığınacaq istəyib.
Günay
Gununsesi.info