Baş nazir Şeyx Hasina bildirib ki, aksiyada iştirak edənlər artıq “tələbə” kimi qiymətləndirilə bilməz və onlara “cinayətkar” kimi yanaşmaq lazımdır.
Banqladeşdə rəsmilərin açıqlamalarına görə, fəallarla hüquq-mühafizə orqanları arasında baş verən qarşıdurmada 70 nəfər həyatını itirib, yüzlərlə insan yaralanaraq xəstəxanalara aparılıb.
Ölkədə yayımlanan Prothom Alo xəbərində bildirilib ki, Narsingdidə 7, Fenidə 5, Sirajgangda 21, Kişoreganj, paytaxt Dəkkə, Magura, Rangpur və Bograda 12, Munşiganj, Comilla, Bhola və Pabnada 2, Habiganj, Joypurhat və Barisalda 1 nəfər ölüb.
İqtidardakı Avami Liqası (Awami League) partiyasının rəsmiləri Şeyx Hasinanın istefasını tələb edən etirazçıların arxasında müxalifətdə olan Banqladeş Milliyyətçi Partiyası (Bangladesh Nationalist Party- BNP) və qadağan olunmuş Camaat-i İslam hərəkatının ola biləcəyini düşünür.
Banqladeşin İnformasiya naziri Məhəmməd Əli Ərəfat verdiyi açıqlamada, “zorakılığın qarşısını almaq üçün” mobil internet və bəzi sosial media platformalarının məhdudlaşdırıldığını söyləyib.
Belə ki, hökumət küçə hadisələrinin qarşısını almaq üçün ehtiyat tədbiri olaraq, çərşənbə gününə qədər üç günlük tətil elan edib. Bundan əlavə, “Facebook” və “WhatsApp” daxil olmaqla, bütün sosial media platformalarına giriş məhdudlaşdırılıb, mobil internet şəbəkəsi isə dayandırılıb.
Günel Həsənova
Gununsesi.info