Banqladeşdə hökuməti devirən Məhəmməd Yunus Nobel mükafatçısı imiş

  • By Günel
  • 08 Avqust 2024 11:51

Banqladeşin müvəqqəti hökumətinin başçısı təyin edilən Məhəmməd Yunus yüzlərlə insanın ölümünə və baş nazir Hasinanın istefasına yol açan insidentlərin ardından, bütün tərəfdarları ölkənin yenidən inşasına köməyə dəvət edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Yunus mülki liderlər, hərbi liderlər və Hasinaya qarşı etiraz edən tələbə aktivistlərlə görüşdükdən sonra, müvəqqəti hökumətin başçısı olaraq Olimpiya oyunlarını izləmək üçün Fransanın paytaxtı Parisə səfər edib.

O, Parisdə ilk açıqlamasını edərək yaşanan hadisələri qınayıb. Zorakılıq göstərməyi pisləyib. Onları dinc olmağa çağırıb: “Xahiş edirəm, daha düşmənçilik etməyin, sakit olun və ölkəni inşa etməyə köklənin”,- deyə o, bildirib.

“Mən evə qayıtmağı və orada nə baş verdiyini dördgözlə gözləyirəm”. Düşmüş olduğumuz bəladan necə qurtulacağımızı görəcəyik”,- deyə o, Parisdəki jurnalistlərə bildirib.

Seçkilərin nə vaxt keçiriləcəyini soruşduqda, Yunus bu haqda danışmağın tez olduğunu bildirmiş, əllərini qaldıraraq, “Gedib onlarla danışacam. Bu bölgədə çox yeniyəm” deyib.

Banqladeş Quru Qoşunlarının komandanı Waker-Uz-Zamanın sözlərinə görə, Məhəmməd Yunus müvəqqəti lider kimi and içəcək.

Daha sonra hərbi lider baş verən zorakılıqlara görə səbəbkarları məsuliyyətə cəlb ediləcəyini də bildirib.

Qeyd edək ki, Muhammed Yunus 2006-cı ildə mikrokredit bazarlarının inkişafı sahəsində fəaliyyətinə görə, Nobel Sülh Mükafatına layiq görülüb.

 

Günel Həsənova

Gununsesi.info