Banqladeşdə minlərlə insan etiraz aksiyası ediblər

  • By ilhame
  • 09 Yanvar 2024 19:13

Banqladeşdə minlərlə insan seçkilərin nəticəsi ilə razılaşmayaraq, paytaxt Dəkkədə etiraz aksiyası keçirib.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Banqladeşin Baş naziri Şeyx Hasinanın partiyası olan “Avami Liqası” yeni hökumətin müəyyənləşəcəyi 12-ci ümumi seçkilərdə ardıcıl dördüncü dəfə qalib gəlib.

 

Hasina beşinci dəfə Baş nazir seçilsə də, ölkədə sakitlik yoxdur. Ölkənin ən böyük dini qruplaşması olan Banqladeş “Camaatı-İslami” hərəkatının tərəfdarları bu gün növbəti dəfə seçkilərə etiraz ediblər.

 

Belə ki, paytaxt Dəkkədə toplaşan minlərlə insan seçkilərin ləğvini və Hasinanın istefasını tələb ediblər. Yeni seçkilərin keçirilməsini istəyən etirazçılar Hasinaya qarşı şüarlar səsləndirib.

 

Gununsesi.info