Banqladeşdə avtobusla qatar toqquşub: 12 nəfər ölüb

  • By admin
  • 19 Dekabr 2020 15:40

Banqladeşin şimalında yerləşən Caypurxat dairəsində avtobusla qatarın toqquşması nəticəsində azı 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Gununsesi.org xəbər verir ki, məlumatı “Dhaka Tribune” yayıb.

Bildirilib ki, hadisə dekabrın 19-da yerli vaxtla səhər saatlarında baş verib.

Qəzaya səbəb olaraq dəmiryol keçidində işləyən əməkdaşın yataraq şlaqbaumu bağlamaması göstərilib.

Gununsesi.org