Banqladeşdə dəhşətli yanğın: 49 NƏFƏR ÖLDÜ

  • By admin
  • 05 İyun 2022 20:37

Banqladeşin Çittaqonq şəhərində konteyner anbarında dəhşətli yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib, 400 nəfər isə yaralanıb.

Çittaqonq yanğınsöndürmə briqadası yanğına müdaxilə edən 4 yanğınsöndürənin də yaralandığını açıqlayıb.

Yanğının səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

***

Banqladeşin Çittaqonq limanındakı dəniz konteyner anbarında baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 49-a çatıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Gununsesi.info