Banuçiçək yol qəzasında dünyasını dəyişdi

  • By admin
  • 22 Avqust 2016 16:29

 

qax

 

Qaxda yol nəqliyyat hadisəsi baş verib. 8 yaşlı qız avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, hadisə axşam saatlarında Qax şəhərində qeydə alınıb. Şəhər sakini 34 yaşlı Mehman Muxtarov idarə etdiyi “Vaz 2107” markalı avtomobillə şəhərin Axundzadə küçəsi ilə hərəkətdə olarkən. Həmin küçədə yaşayan 8 yaşlı Banuçiçək Fətəlizadəni vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya həkimlər ilkin yardım göstərsələr də 8 yaşlı qız aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Qeyd edək ki, Banuçiçək Fətəlizadənin atası Cavid Fətəlizadə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinin həkimidir. Banuçiçək Fətəlizadə dəfn edilmək üçün doğulduğu Astara rayonuna aparılıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info