“Ərdoğan prezident üsul-idarəsi ideyasından geri çəkilməlidir” -MÜSAHİBƏ

  • By admin
  • 18 İyul 2016 15:34

qabil

İyulun 15-də Türkiyədə uğursuzluqla nəticələnn hərbi dövlət çevrilişi cəhdi cəmiyyətdə birmənalı qarşılanmır və bununla bağlı müxtəlif fikirlər səslənməkdədir. Türkiyədəki hərbi çevriliş cəhdi, bu hadisələrin ölkənin ictimai-siyasi həyatına təsirləri və bundan sonra ölkədə hansı proseslərə təkan verməsinı aydınlıq gətirmək üçün politoloq Qabil Hüseynliyə müraciət etdik.

Politoloq Qabil Hüseynli Gununsesi.info-ya açqlamasında Türkiyədə iyulun 15-də baş verən hadisələri son dövrlərdə Rəcəb Tayyib Ərdoğanın ölkədə prezident üsul-idarəsi yaradaraq, Atatürkçülük prinsiplərinə zidd çıxması, eyni zamanda səhv daxili və xarici siyasətinin nəticəsi hesab edib.

– Qabil bəy, Türkiyədə baş verən bu, hərbi çevriliş cəhdinin səbəbini nə ilə izah edərdiniz?

– Son dövrlərdə  Türkiyədə prezident üsul-idarəsi ilə bağlı cəmiyyətdə ciddi fikir ayrılığı var. Açığı Ərdoğan Atartürk  parlament üsul- idarəsinin ləğv edilərək, əvəzinə prezident üsul-idarə yaratmasını qarşısına hədəf qoyub. Hər vəchlə buna nail olmaq istəyir. Bu məqsədinə nail olmaq üçün qarşısındakı maneələri məhv etmək naminə müxtəlif varinatlara əl atır. Elə Əhməd Davudoğlunun da baş nazir postundan getməsinin  əsas səbəbi bu idi. Çünki Ə. Davudoğlu prezident üsul-idarəsinin elə də ciddi tərəfdarı deyildi və bu işdə Ərdoğana yaxından yardım etmirdi. Bundan başqa, Ərdoğan NATO ilə bağlı siyasətində də ciddi səhvlərə yol vermiş oldu. O NATO dövləti olaraq, qurumun qəbul etdiyi qərarları və ya siyasəti lazımi səviyyədə yerinə yetirmirdi. Bu da nəticədə Türkiyə ilə Amerika ilə münasibətlərin soyumasına səbəb oldu. Ələlxüsus da, ABŞ rəhbərliy ilə Ərdoğan arasında soyuqlaşama baş verdi.

Ərdoğan öz niyyətini həyata keçirmək üçün son illərdə ardıcıl olaraq müxtəlif adlar aaltında kütləvi həbslər həyata keçirdi. “Ergənəkon”, “Balyoz” nə bilim “paralel yapı” adı altında  “rüşvət  əməliyyatı” keçirildi. “Rüşvət əməliyyatı”nda oğlu Bilal Ərdoğanın adı hallandığından 81 vilayətdə polis rəsini işdən çıxardı. Hansı ki, AKP heç zaman  81 vilayətə “paralel yapı” üzvü olan şəxsii rəhbər təyin etməyə razı olmazdı.

Axı, bir də Türkiyədə nə hadisə baş verir, hamısı gülənçilərin üzərinə atılır. Məgər gülənçilər Türkiyədə bu qədər dərin kök salıb ki, onları son bir neçə ildə silməklə qurtarmaq olmur? Odur ki, bu yöndə səsləndirilən bəyanatlar artıq elə də ciddi qəbul olunmur.

Çevrilişi zərurur edən amillərdən biri də, Ərdoğanın son günlərdə suriyalı qaçqınlara vətəndaşlıq hüququnun verilməsi ilə bağlı idi. Mən də hesab edirəm ki, bu yanlış bir  bəyanat idi. Bu gün bir milyon qaçqın Avropaya köç edib, bu ciddi fəlakətə, baş bəlasına  çevrilib. Amma  təkcə bir ölkənin daxilində üç milyona yaxn qaçqın var və onlara vətəndaşlıq vermək təhlükəlidir. Bu gələckdə dövlət üçün ciddi problemlərə yol aça bilər. Bu siyasət vətəndaşlar narazı  saldığı kimi orduda da ciddi narahatçılıq doğurudu. Çünki ordu bunun yaradacağı fəlakəti görür. Onlar atatürkçülüyə sadiq qüvvələrdir. Bunların hamısını həbs etmək yanlış hərəkətdir.

Siz təsəvvür edin, parlament sədri deyir ki, biz dini təmayüllü konstitutsiya qəbul etməliyik. Bu nə deməkdir?.

– Axı, bu çevriliş cəhdinə digər siyasi qüvvələr də etiraz etdi. Bunu necə izah etmək olar?

– Bəli. Hadisə baş verən kimi CHP, MHP meydanlara çıxıb çevriliş cəhdinə qarşı çıxdı. Onlar problemin ancaq dinc yolla tərəfdarı kimi çıxış edirlər.

Ərdoğanın çağırışından sonra küçələrə çıxanlar ancaq təqiətçilər, saqqalı və cübbəli insanlar idi.

– Sizcə,  bu çevriliş cəhdi Türkiyəyə nə verdi?

– Baxmayaraq ki, AKP ölkədə dini təmayüllü bir dövlət quruluşunun tərəfdarıdır, ancaq buna getməməli idilər. Çünki hərbi çevriliş, inqilab ölkənin inkişafına deyil, zəifləməsinə gətirən amildir. Iyulun 15-də baş verən hadisələr də ölkənin iqtisadiyyatnı, turizm sektoruna ciddi zərbə vurmuş oldu.Ölkədə xaotizm elementlərini yığışdırmaq üçün xeyli zaman tələb olunacaq. İdarəçilik sistemində problemlər yaranacaq. Bir sözlə, Türkiyə özünün ağır günlərini yaşayır və bu proses  bir müdət davam etmiş olacaq.

Digər bir məqam isə ondan ibarətdir ki, Avropa burununun ucunda  İran kimi teokratik rejimin yaranmasını istəmir.

Bu həm də Atatürkçülük prinsiplərinə zidd olduğundan ordu bunu həzm etmir. Çünki  dini təmayüllü dövlət qruluşunun yaradılması cəmiyyətdə olduğu kimi orduda da hiddət yaratmışdı.

Bu hadisələr eyni zamanda ölkədə kadr  məsələsinə də öz mənfi təsirini göstərmiş olcaq. Hazırda 6 mindən yuxarı insan həbs edilib və bu proses davam edir. Həbs edilənlərin də əksəriyyəti yüksəkçinli məmurlardır. Kadr isə bir günə yetişmir. Biz bunun acısını bir müddət sonra hiss edəcəyik. Düzdür, günahı olanlar cəzalandırılmalıdır, daha kütləvi cəza yolverilməzdir.

Qabil bəy, bir çoxları hesab edir ki, bu çevriliş cəhdi xarici qüvvələr tərəfindən ölkəni zəiflətmək üçün  həyata keçirilən planın tərkib hissəsidir. Siz necə düşünürsünüz?

– Mən bu fikri bölüşmürəm. Bu,  əslində, pis  idarəçilikdən irəli gələn məsələdir. Öz günahını   başqasının boynuna yıxmaq düz deyil. Məsələni kiminsə boynuna yıxmaqla həll etmək olmur.

Ərdoğanın son illərdəki fəaliyyəti ancaq Atatürkçülük sistemini demontaj etmək olub. Bunun da nəticəsi belə olmalı idi.

Digər tərəfdən Ərdoğan siyasi idarəçilik sistemində də ciddi xətalara yol verib. O, ölkəyə öz malikanəsi kimi baxr və ölkəni də o cür idarə etməyə çalışırdı.

– Belə olan halda yaxın gələcəkdə Türkiyəni nə gözləyir? Yaranmış vəziyyətdən çıxmaq üçün hansı addımlar atılmalıdır?

– Hesab edirəm ki,  yaxın vaxtlarda yenidən parlament seçkiləri keçirilməlidir. Bundan əlavə olaraq, Ərdoğan prezident üsul-idarəsi ideyasından geri çəkilməlidir. Ölkənin mövcud üsul-idarəsini qoruyub saxlamalıdır.

Əgər bunlar olmazsa nə baş verəcək?

– Qarşıdurma hadisələri ola bilər və bu istisna deyil. Demirəm hərbi çevriliş olacaq. Ancaq buna oxşar olaylar qaçılmazdır. Çünki ölkədə Ərdoğanın əleyhinə olan yetərincə qüvvələr var. Türkiyənin böyük əksəriyyəti padşahlıq sistemini istəmir.

– Bəs bu yolla Ərdoğanı cəzalandrmaq fikrinə necə yanaşırsınız?

– Bu doğru yanaşma deyil. Burada əsas məsələ Ərdoğanın yürütdüyü siyasətlə bağlıdır. Düzdür, artıq onun bu siyasəti bir sıra ölkələr tərəfindən də qəbul edilmir. ABŞ prezidenti Obama açıqca bəyan edib ki, canımı sıxan iki nəfər var. Biri İsrailin baş naziri Netanyahu, digəri isə Rəcəb Tayyib Ərdoğandır. Bundan başqa digər siyasətçilər Ərdoğana simpatiyaları yoxdur.

Mürtəza Bunyadlı