
Amerika Birləşmiş Ştatlarının 44-cü Prezident Barak Obama Almaniyanın ikinci böyük mediya mükafatı sayılan “Deutschen Medienpreis” (Alman Mediya Mükafatı) mükafatına layiq görülüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, mayın 25-də B. Obama təqdimat mərasimində iştirak etmək məqsədilə Almaniyanın Baden-Baden şəhərinə səfər edəcək.
Belə ki, Alman Media Mükafatını 1992-ci ildən etibarən “Media Control” şirkəti tərəfindən cəmiyyətə nümunə olan şəxslərə verilir.
Qeyd edək ki, Alman Media Mükafatını alanlar arasında Bill və Hillari Klinton, Kofi Annan, Qerxard Şreyder, Angela Merkel, Nelson Mandela, Xyan Karlos, Dalay Lama, Pan Qi Mun, Yoaxim Lev, Corc Kluni, Qraf Şteffi və Andre Aqassi kimi xeyli sayda məşhurlar var. Bu il mükafatın təqdimetmə mərasiminə Almaniyanın ən nüfuzlu şəxslərinin iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, B. Obama Baden-Baden şəhərinə sonuncu dəfə 2009-ci ildə NATO zirvəsində iştirak etmək üçün səfər edib.
Anar
Gununsesi.info