Barak Obama Çini iqtisadi islahatlar aparmağa çağırıb

  • By admin
  • 20 Noyabr 2016 14:00

22a93516-0853-4652-94d6-854b68cca814_292

 

ABŞ prezidenti Barak Obama Çini iqtisadi islahatlar aparmağa və maliyyə sistemini möhkəmləndirməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bunu o, Çin lideri Si Szinpin ilə görüşü zamanı bildirib.

Ağ Evin bəyanatında deyilir ki, Obamanın haqqında danışdığı islahatlar Çinə daxili tələbata əsaslanan iqtisadi modelin yaranmasında kömək edəcək.

İki ölkə liderinin görüşü şənbə günü Limada Asiya-Sakit okean iqtisadi əməkdaşlıq sammiti çərçivəsində baş tutub.

ABŞ lideri bildirib ki, ölkələr onların şirkətləri rəqabət apardığı, həmçinin bir qayda üzrə işlədiyi zaman böyük təqərriyə nail olur.

 

Gununsesi.info