
Amerika prezidenti Barak Obama Hollivud aktyoru Leonardo Di Kaprionun dəli olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, Leonardo Di Kaprionun “South by South Lawn” festivalına təqdim etdiyi “Daşqından əvvəl” adlı sənədli filmi müəlliflə birgə Ağ Evdə müzakirə edilib. Ekoloq Katarin Xeyxou da həmin müzakirədə iştirak edib. Söhbət zamanı Katarin biznesmen İlona Maskın Marsı fəth etmək planlarından bəhs edib. Xeyxou qeyd edib ki, düşünürəm ki, kim bu müqaviləni imzalayırsa deməli dəlidi. Di Kaprio bu zaman dillənərək “mən imzalamışam ” deyib. Prezident Barak Obama isə ”deməli biz əmin olduq ki, siz dəlisiniz” deyərək söhbəti davam etdirib.
Gununsesi.info