Barak Obama yenidən aktiv siyasətə qayıdır

  • Müəllif: admin
  • 02 Mart 2017 17:20
obama_tur
Barak Obama yenidən aktiv siyasətə qayıdır.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın sabiq baş prokuroru Barak Obamanın yaxın dostu Erik Holder Politici-ya açıqlamasında deyib.
 Onun sözlərinə görə, artıq Obama aktiv siyasətə dönməyə hazırlaşır:
“O, gəlir. O, artıq buna hazırdır”.
Sabiq baş prokuror deyib ki, artıq bu məsələni Obama ilə müzakirə edib:
“Barak Obama Demokratlar Partiyasının yenidən mövqelərinin möhkmələndirilməsində partiyadaşlarına yaxından yardım edəcək.  Xüsusən də, ştatların qanunvericilik orqanlarında və Nümayəndələr Palatasında demokratların  mövqeyinin möhkəmlənməsində Obama yaxından iştirak edəcək”.
Holder bunu  demokratiya uğrunda  döyüş adlandırıb.
Holder əlavə edib ki, ştatlarda qanunverici orqanlara seçkilər  növbəti il keçiriləcək.
Gununsesi.info