Barak Obamadan Bəşər Əsədi devirmək tələb olunur

Barak Obamadan Bəşər Əsədi devirmək  tələb olunur

obama

 

ABŞ Dövlət Departamentinin əməkdaşları ölkə başçısı Barak Obamanı Suriya Hökumətinə qarşı hərbi əməliyyatlar aparmağa və bu ölkədə hərbi çevriliş etməyə çağırıblar.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Dövlət Departamentinin onlarla əməkdaşı bu həftə ABŞ-ın Suriyadakı siyasətinə etirazlarını bildirib. Onlar daxili sənəd imzalayıblar. Sənəddə Dəməşqdə hökumətə məqsədyönlü hərbi zərbələr endirmək təklif olunur və qeyd edilir ki, Əsəd rejiminin dəyişdirilməsi İŞİD-ə qalib gəlməyin yeganə yoludur.

Dövlət Departamentinin 51 əməkdaşı bu sənədə imza atıb. Onların arasında çox yüksək vəzifəli məmurlar da var.
Bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Suriya məsələsində səbirli olmağa çağırmışdı.(ölkə.az)

COMMENTS