Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017

18 İyul 2017 - 15:00

Barda Rövşən Lənkəranski ilə bağlı mahnı sifariş verən şəxs öldürülüb- BAKIDA
rovsen
Bakıda gecə klubunda müştərini bıçaqlayaraq qətlə yetirən şəxsin növbəti məhkəməsi keçirilib.
Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.
Məhkəmə prosesində şahid Abdurrahman Almiyaşov ifadə verib. O, qətl hadisəsinin baş verdiyi barda “DJ” işlədiyini bildirib. Bir müddətdir ki, məhkəmənin çağırışlarına məhəl qoymayaraq proseslərə gəlməyən A.Almiyaşov deyib ki, işlə əlaqədar Rusiyada olduğu üçün gələ bilmirmiş.
Hadisə baş verən gün gördüklərindən danışan şahid qeyd edib ki, barda musiqi kəsiləndə bıçaqlanmanın olduğunu bilib: “Məsafə çox idi. Səs-küy olanda gördüm ki, hamı bir yerə toplaşıb. Dedilər ki, adam bıçaqlayıblar. Dava-dalaşı görməmişəm”.
Hakimin suallarını cavablandıran A.Almiyaşov mərhumun ona mahnı sifariş verdiyini deyib.
Hakim: “Mahnı oğru aləminə aid idi?”
Şahid: “Bəli. Rövşən Lənkəranski ilə bağlı mahnı sifariş verdi. Mən də dedim ki, icazə yoxdu”.
Hakim: “Kim icazə vermirdi?”
Şahid: “Bar sahibi icazə vermirdi. Ümumiyyətlə oğru aləmi ilə bağlı mahnı sifarişi qadağan idi. Rəhbərlik özü də deyirdi ki, belə məsələ olanda heç mənə zəng edib narahat etməyin”.
Sualları cavablandıran A.Almiyaşov əlavə edib ki, mərhumun sifarişini yerinə yetirmədikdə o, aqressivləşib və “Bu mahnı çalınacaq” deyib.
“Dedim get icazə al mən də sifarişi yerinə yetirim. Əlində də bakal var idi. Çıxıb getdi. Bir az keçəndən sonra belə hadisə baş verdi” – deyə şahid söyləyib.
Bildirək ki, mərhum Nurlan Atakişiyev mahnı sifarişi yerinə yetirilmədiyi üçün daha sonra barda işləyən Vüsal İbrahimovla mübahisə edib. Əvvəlcə əlbəyaxa dava olub. Sonra V.İbrahimov Nurlanı bıçaqlayıb.
Qeyd edək ki, hadisə Nizami rayonu, “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb. Su-tikinti xəstəxanasına aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.
Gununsesi.info

 





loading...