22 oktyabr 2019-cu ildə imzalanan Soçi razılaşmasından bu günə qədər “Barış bulağı” hərəkatı bölgəsinə daxil olmağa cəhd edən 998 PKK/YPG-li terrorçu məhv edilib.
Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyada “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı bölgələrində son bir ayda 62 hücum həyata keçirilib, 10 terrorçu zərərsizləşdirilib.
Bundan başqa, “Barış bulağı”, “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı bölgələrində 17 PKK/YPG-li terrorçusunun hücum planlarının qarşısı alınıb.
Gununsesi.org