“Barışığa gedən yol silahlardan keçir” – NATO Baş katibi

  • By admin
  • 05 Yanvar 2023 22:19

NATO-nun Baş katibi Yens Stoltenberq növbəti dəfə Ukrayna-Rusiya savaşından danışıb.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qurum rəsmisi açıqlamasında Ukraynaya dəstəyini söyləyərək

vurğulayıb ki, atəşkəs üçün yol silahlardan keçir. Stoltenberq bunun üçün digər ölkələri Ukraynaya silah yardımı etməyə çağırıb.

Müharibələrin öncəgörülməz olduğunu, ancaq çoxusunun müzakirələr masasında tamamlandığını vurğulayan Yens Stoltenberq bu savaşın da, eyni şəkildə bitəcəyini açıqlayıb.

“Müharibə bitsə də, Rusiya ilə münasibətlərimizdəki çətinliklər davam edəcək”, – deyə Baş katib söyləyib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info