“Barışığa nail olmaq üçün qarşınızda diz çökməyə hazıram!” – Ramzan Kadırov Ermənistana və Azərbaycana müraciət etdi

  • By admin
  • 19 İyul 2020 10:53

Çeçenistanın rəhbəri Ramzan Kadırov sərhəddəki münaqişənin irimiqyaslı qarşıdurmaya çevrilməsin deyə Ermənistan və Azərbaycan tərəflərini sülhü təmin etməyə çağırıb.

Gununsesi.org bildirir ki, bu barədə “Moskva-Bakı” portalı xəbər verir.

O bildirib ki, çeçen xalqı kimi heç kim sülhün dəyərini, müharibənin gətirdiyi kədəri daha yaxşı anlamır.

“Bu gün biz Azərbaycan və Ermənistan sərhədində gərginləşən vəziyyəti izləyirik. Hər iki dövlət bizim üçün qardaşdır. Lakin orada baş verən faciəli hadisələr təkcə Rusiyaya təsir etmir, bütün Qafqaz və MDB ölkələri üçün ağrılıdır.

Mən Ermənistan, Azərbaycan və bütün birlik dövlətlərinin rəhbərlərini çıxış etməyə və bu münaqişənin dayandırılması üçün tədbirlər görməyə çağırıram.

Qarabağdakı hadisələri, bu müharibənin nə qədər insan itkisinə səbəb olduğunu xatırlayırıq. Bu gün də yenidən qurbanlar var və vəziyyət gərgindir.

Mən bir daha Ermənistan, Azərbaycan və MDB liderlərini bu məsələyə dərhal müdaxilə etməyə çağırıram. Öz tərəfimdən, barışığa nail olmaq üçün diz çökməyə və xahiş etməyə hazıram! Bəli, lazım olarsa silah götürməyə və ədalət, sülh üçün mübarizə aparmağa hazıram”, Kadırov bildirib.

Gununsesi.org