Barmağında dəmir halqa qaldı

  • By admin
  • 11 İyul 2017 14:55

barmaq_esas_7

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olub.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsmiş və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat saat 10:31-də başa çatıb.

Anar
Gununsesi.info