Barmaq izi haqda bilmədiyimiz faktlar

Bugünədək elə bilirdik ki, hər kəsin barmaq izi fərqli və individualdır. Əslində isə daltiloskopiyanın elmdə fundamental tədqiqi yoxdur. Günümüzdə kriminilastikada ən çox yayılan şəxsiyyət təsdiqləmə üsulu da barmaq izi ilədir.

Gununsesi.info xəbər verir ki, son araşdırmalara əsasən barmaq izinin təkrarsız olmağının tam sübutu olmayan fakt olduğu məlum olub.

HTML tutorial

Bu isə 19-cu əsr ingilis polislərinin uydurmasıdır. Həmin dövrdə insanlar barmaq izlərini qeydə alıb, hər kəsdə fərqli olduğunu bildirirdilər. Lakin bu sırf statistikadır. Halbuki iki müxtəlif insanın barmaq izləri üst-üstə düşə bilər. Fantastik fakt olsa da 64 milyard insanın barmaq izinin eyni olma ehtimalı var.

Hazırda yer üzündə 7,6 milyard insan yaşayır. Amerikalı demoqrafların hesablamalarına görə tarix boyu planetimizdə 107 milyard insan yaşayıb. Demək eyni dövrdə yaşamasaq belə istənilən dünya sakini ilə barmaq izlərimizin eyni olmaq ehtimalı böyükdür.

Gununsesi.info