İspaniyanın “Barselona” klubu Serxio Busketslə müqaviləni uzatmağa qərar verib.
Gununsesi.info-nun məlumatına görə, bu xəbər klubun rəsmi saytında yer alıb.
Tərəflər arasında yeni anlaşma sentyabrın 22-də imzalanacaq. Sövdələşmə daha 2 il uzadıla bilməsi şərtilə 2021-ci ilədək nəzərdə tutulub. Yarımmüdafiəçini əldə etmək istəyən klub 200 milyon avrosundan keçməli olacaq.