“Barselona” 19 yaşlı braziliyalı futbolçunu transfer etdi

  • By admin
  • 06 Avqust 2020 14:40

İspaniya “Barselona”sı Braziliyanın “San Paulu” komandasının futbolçusu Qustavo Mayyanı transfer edib.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanacaq.

Kataloniyalıların 4,5 milyon avro qarşılığında heyətinə qatdığı gənc forvard hələlik B komandasında çıxış edəcək. La Liqa təmsilçisinin yeni transferinə 300 milyon avro təzminat qiyməti qoyacağı gözlənilir.

Qeyd edək ki, Qustavo Mayya Braziliyanın U-16 və U-17 yığmalarının da formasını geyinib.

 

 

Gununsesi.info