
“Mançester Siti” klubunun müdafiəçisi Erik Qarsiya “Barselona” ilə ilkin müqavilə imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə idman jurnalisti Fabrisio Romano məlumat yayıb.
Onun sözlərinə görə, futbolçu bü mövsüm katalonların heyətinə qatılacaq. Onun müqaviləsi 2026-ci ildə başa çatacaq.
Qeyd edək ki, Qarsiya azad agent statusu ilə “Barsa”ya keçəcək.
Bu mövsüm o, “şəhərlilərin” heyətində cəmi 4 Premyer Liqa oyununda iştirak edib.
Gununsesi.info