“Barselona” dörd futbolçusu ilə vidalaşa bilər

  • By admin
  • 09 İyul 2023 16:33

Vitor Roke bu yay “Barselona”nın oyunçusu ola bilər.

Məlumata görə, Kataloniya klubu həm “Atletico Paranaense”, həm də hücumçu ilə 2024-cü ilin yanvarında 30+31 milyon avroya transferlə bağlı tam razılığa gəlib. Rokenin müqaviləsi altı mövsümlük olacaq.

Bununla belə, Vitorun artıq bu yay “Barselona”ya keçmə ehtimalı qalmaqdadır.

Deylənlərə görə, bu Xavinin arzusudur. Transferin həyata keçirilməsi üçün “Barsa”nın əməkhaqqı hesabında təxminən 25 milyon avro sərbəst vəsait qalmalıdır. İndi hər şey klubun bunu bacarıb-bacarmayacağından asılıdır.

Qeyd olunur ki, məsələ ancaq orta və ya yüksək maaşlı iki futbolçunun gedişi ilə təmin oluna bilər. Hazırda “Barselona” bu statusda olan 4 futbolçunun satışını düşünür. Bunlar Frenk Kessi, Erik Qarsiya, Ferran Torres və Ansu Fatidir. Onlardan azı ikisi gedərsə, Roke yayda komandaya qatıla bilər.

Bu baxımdan “Barselona” Kessi və Ferranın transferi üzərində daha çox çalışır, çünki Fati hələ də dəyərli futbolçu hesab olunur. Həmçinin, Xavi Qarsiyaya da ümid edir.

Xatırladaq ki, 18 yaşlı hücumçu bu mövsüm “Atletiko Paranaense”nin heyətində bütün turnirlərdə meydana çıxdığı 28 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib. / Oxu.az

 

Gununsesi.info