“Barselona” futbolçusu ilə müqaviləni uzadıb

  • By admin
  • 04 İyun 2018 13:14


İspaniyanın “Barselona” klubu futbolçusu Samuel Yumtiti ilə müqaviləni uzadıb.

Gununsesi.info-nun klubun saytına istinadən verdiyi məlumata görə, komanda 25 yaşlı müdafiəçi ilə 2025-ci ilə qədər sözləşmə imzalayıb.

Qeyd edək ki, Samuel Yumtiti 2016-cı ildə Fransa “Lion”undan “Barselona”ya transfer olunub. Fransa millisinin üzvü bu mövsüm İspaniya çempionatında 25 oyunda meydanda olub.

 

Gununsesi.info