“Barselona” hücumçusu ilə müqaviləni yeniləyib

  • By admin
  • 27 Sentyabr 2019 21:28

İspaniyanın “Barselona” klubu futbolçusu Karles Pereslə müqavilənin müddətini uzadıb.

Gununsesi.org Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçunun yeni sözləşməsi 2022-ci ilin iyuluna qədər hesablanır.

Qeyd edək ki, Karles Peres may ayında əsas komandanın heyətində debüt edib. O, bu mövsüm 5 oyunda meydanda olub və bir qol vurub.

 

 

Gununsesi.org