
İspaniya Kral Kubokunun finalında “Atletik Bilbao” – “Barselona” qarşılaşması baş tutub.
Gununsesi.info xəbər verir ki, matç katalonların qələbəsi ilə başa çatıb – 4:0.
Oyunda qolları Antuan Qrizman (60 dəq.), Frenk de Yonq (63) və Lionel Messi (68, 72) vurub.
Bununla da “Barselona” tarixində 31-ci dəfə İspaniya Kral Kubokunun qalibi olub.
Komandanın kapitanı Lionel Messi kuboku başı üzərinə qaldırıb.
Messi həmçinin matçın oyunçusu seçilib.
Qeyd edək ki, bu, Kral Kubokunun sayca 119-ci finalı idi.
Gununsesi.info