“Barselona” səfərdə “Real Madrid”i darmadağın etdi

  • By admin
  • 21 Mart 2022 09:05

Martın 21-də futbol üzrə İspaniya La Liqasında “Real Madrid”lə “Barselona” arasında növbəti “El-Klassiko” baş tutub.

Gununsesi.info xəbər verir, “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşmasında hesabı 29-cu dəqiqədə Usman Dembelenin ötürməsi ilə Pyer-Emerik Obameyanq açıb. Bununla da Obameyanq “El-Klassiko”da qol vuran ilk qabonlu futbolçu kimi tarixə düşüb.

Otuz səkkizinci dəqiqədə Ronald Arauxo Dembelenin künc zərbəsindən ötürdüyü topu başla qapıdan keçirərək “Barselona”nın üstünlüyünü iki topa çatdırıb – 0:2. Matçın 47-ci dəqiqəsində Ferran Torres Obameyanqın ötürməsini qola çevirib – 0:3. Lakin Barselona təmsilçiləri bunlarla da kifayətlənməyib. Qarşılaşmanın 51-ci dəqiqəsində Pyer-Emerik Obameyanq dubl edərək hesabı 0:4 edib. arasındakı fərqi dörd topa çatdırıb.

Bu, “Barselona”nın son 7 “El-Klassiko”da “Real Madrid” üzərində ilk qalibiyyəti olub.

Məğlubiyyətə baxmayaraq, “Kral klubu” 29 oyundan sonra 66 xalla liderdir. Rəqibindən bir oyun az keçirən Kataloniya təmsilçisi 54 xalla 3-cü pillədədir.

Qeyd edək ki, bu qarşılaşma iki komanda arasında ümumilikdə 249-cu “El-Klassiko” olub. “Real Madrid” 100, “Barselona” 97 qələbə qazanıbsa, 52 görüşdə qalib müəyyənləşməyib. La Liqa qarşılaşmalarında da “Real Madrid”in üstünlüyü var – 76:72. Tərəflər 35 oyunda meydanı bir xalla tərk ediblər.

“El-Klassiko”larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları Serxio Ramos və Lionel Messidir. Hazırda Fransanın “Paris Sen-Jermen” klubunda çıxış edən oyunçular 45 dəfə meydanda olublar. Kataloniya təmsilçisindən Paris klubuna keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.

Gununsesi.info