“Barselona” stadionunun adını satır

  • By admin
  • 04 Dekabr 2021 14:14

“Barselona” rəhbərliyi maddi sıxıntıdan çıxmaq üçün növbəti addımlar atmağı planlaşdırır.

Gununsesi.info xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi “Kamp Nou” stadionunun adının hüquqlarını satmağı düşünür.

Klub stadionun adını minimum 10 illiyinə satacaq.

Maraqlıdır ki, klubun artıq beş təklifi var və müqavilənin dəyəri ildə 30-40 milyon avro təşkil edəcək.

Gununsesi.info