
İspaniyanın Barselona şəhərində iki silahlı restoranlardan birinə soxulub.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Trend xarici mətbuata istinadən məlumat verir.
Qeyd edək ki, bundan əvvəl Barselonanın mərkəzində, Rambla küçəsində mikroavtobus kütlənin üzərinə sürülüb. Ən az 20 nəfərin xəsarət aldığı bildirilir.
Hazırda polis əraziyə heç kimi buraxmır, yaxınlıqdakı metro stansiyası və mağazalar da bağlanıb.
Sürücü hadisə yerindən qaçıb.
Gununsesi.info